Türkiyə XİN İsveç və Finlandiya heyətlərinin Ankaraya gələcəyini təsdiqləyib - YENİLƏNİB

Türkiyə XİN İsveç və Finlandiya heyətlərinin Ankaraya gələcəyini təsdiqləyib - YENİLƏNİB
# 24 may 2022 14:47 (UTC +04:00)

İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı bu ölkələrin nümayəndə heyətləri mayın 25-i Türkiyəyə gələcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İsveç nümayəndə heyətinə Baş nazir ofisinin dövlət katibi Oscar Finnishöm, Finlandiyadan isə XİN-in müşaviri Jukka Salovaara başçılıq edəcək.

Onlar Ankarada Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini, səfir Sedat Önal ilə danışıqlar aparacaq.

***

14:13

İsveç və Finlandiya Ankaraya nümayəndə heyətləri göndərir.

APA xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Davosda keçirilən Dünya İqtisadi Forum çərçivəsində panel müzakirələrdə deyib.

“İsveç və Finlandiya öz nümayəndə heyətlərimizi Ankaraya səfərə göndəririk. Bu, sabah olacaq, yəni dialoq davam edir”, - finlandiyalı nazir bildirib.

Xatırladaq ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə Türkiyə etiraz edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR