Türkiyə XİN Pakistanda məsciddə törədilən terror aktını pisləyib

Türkiyə XİN Pakistanda məsciddə törədilən terror aktını pisləyib
# 30 yanvar 2023 15:46 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktını pisləyib.

Bu barədə APA-nın İstanbul müxbirinə diplomatik mənbələrdən bildirilib.

“Mənfur terror aktını ən kəskin şəkildə pisləyir, hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət, dost və qardaş Pakistan hökumətinə və xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, - bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR