Türkiyə XİN rəhbəri Gürcüstanın ərazi bütövlüyünə bir daha dəstək ifadə edib

Mö

© APA | Mö

# 28 iyul 2022 15:09 (UTC +04:00)

Türkiyə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə ən güclü dəstək verən ölkələrdəndir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O, Abxaziya və Cənubi Osetiya məsələsinin Gürcüstanın ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalı olduğunu qeyd edib.

Bundan əlavə, nazir Cənubi Qafqazda Gürcüstan və Ermənistanın da iştirakı ilə daimi sülhün bərqərar olmasını istədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR