Türkiyədə 11 İraq vətəndaşına hökm oxunub

Türkiyədə 11 İraq vətəndaşına hökm oxunub
# 06 yanvar 2023 20:19 (UTC +04:00)

Türkiyənin Ankara 2-ci Ağır Cinayətlər Məhkəməsi 11 İraq vətəndaşının işi üzrə hökmü elan edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, həmin şəxslər İŞİD terror təşkilatının sifarişi ilə 27 noyabr 2018-ci ildə İraq vətəndaşı Riyad Əhməd Məhəmməd Əl Hüseyni öldürməkdə ittiham edilirlər.

Məhəmməd Əl Hüseynin qətlində təqsirləndirilən Əhməd Yunus Meşku, Əli Şərif Nuri Lara, Eyser Abdulcabbar Mustafa Kalu və Məhəmməd Şahap Əhməd Almercana ömürlük həbs cəzası verib.

Təqsirləndirilənlər arasında Amar Ali Məhəmməd Sait Alsih və arvadı Rime Habib Huseyin Alsih eyni cinayətə görə 15 il, hadisə zamanı 18 yaşında olan İbrahim Mulko isə 24 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR