Türkiyədə 259 miqrant xilas edilib

Türkiyədə 259 miqrant xilas edilib
# 20 sentyabr 2022 00:38 (UTC +04:00)

Türkiyə Sahil Mühafizəsi Xidməti 16, 17, 18 sentyabr tarixlərində İzmirin Səfərihisar, Çeşmə, Menderes, Dikili, Foça və Karaburun rayonları sahillərində Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına yönləndirilən 259 miqrantı xilas edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Bundan əlavə, qeyri-qanuni yollarla Avropa ölkələrinə keçməyə çalışan 14 miqrant isə Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR