Türkiyədə Akkuyu AES-in sonuncu reaktorunun təməli qoyulub 

Türkiyədə Akkuyu AES-in sonuncu reaktorunun təməli qoyulub 
# 21 iyul 2022 14:43 (UTC +04:00)

Bu gün Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının (AES) 4-cü və sonuncu reaktorunun təməli qoyulub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, təməlqoyma mərasimi energetika və təbii sərvətlər naziri Fatih Dönmezin iştirakı ilə baş tutub.

Nazir çıxışı zamanı stansiyanın istismar müddətinin 60 il olduğunu, tam şəkildə istifadəyə verildikdə Türkiyənin elektrik enerjisinə tələbatının 10%-ni qarşılayacağını bildirib.

Dönmezin sözlərinə görə, stansiyanın ilk reaktoru 2023-cü ildə işə düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR