Türkiyədə avqustun sonunadək meşələrə giriş qadağan olunub

Türkiyədə avqustun sonunadək meşələrə giriş qadağan olunub
# 21 iyul 2022 12:59 (UTC +04:00)

Türkiyədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar avqustun 31-nə qədər meşələrə giriş qadağan edilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) tərəfindən ölkənin 81 əyalətinin başçılarına göndərilən bildirişdə deyilir.

Qeyd olunub ki, bundan əlavə, meşəlik ərazilərə yaxın olan yerlərdə toy, şənlik və yanğına səbəb ola biləcək digər mərasimlərin keçirilməsi də qadağan olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR