Türkiyədə avtobus qəzasında 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Türkiyədə avtobus qəzasında 5 nəfər ölüb, 22 nəfər yaralanıb
# 07 yanvar 2023 07:38 (UTC +04:00)

Türkiyədə insan tələfatı ilə nəticələnən avtobus qəzası baş verib.

APA-nın DHA-ya istinadla xəbərinə görə, gecə saatlarında Diyarbəkir-İqdır reysi ilə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus çevrilib.

Hadisə nəticəsində biri uşaq olmaqla 5 sərnişin ölüb, 22 nəfər xəsarət alıb.

Avtobusunun sürücüləri saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR