Türkiyədə Çanaqqala-İstanbul marşrutu üzrə hərəkət edən avtobus aşıb.
APA NTV telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb.
Qəza Çanaqqala-Bursa yolunda baş verib. Yağıntılar səbəbindən yol sürüşkən olub və nəticədə avtobusun sürücüsü idarəetməni itirib.
Ölən şəxsin 17 yaşlı gənc olduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.