Türkiyədə daha 137 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 137 koronavirus xəstəsi vəfat edib
# 04 yanvar 2022 23:15 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 137 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 382 min 888 nəfərin test edildiyi, 54 min 724 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 26 min 561 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR