Türkiyədə daha 141 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 141 koronavirus xəstəsi vəfat edib
# 08 yanvar 2022 21:56 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı son cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 418 min 264 nəfərin test edildiyi, 66 min 237 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 34 min 592 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR