Türkiyədə daha 145 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 145 koronavirus xəstəsi vəfat edib
# 12 yanvar 2022 21:55 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 422 min 028 nəfərin test edildiyi, 77 min 722 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 42 min 573 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR