Türkiyədə daha 221 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 221 koronavirus xəstəsi vəfat edib
# 05 fevral 2022 21:40 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 421 min 435 nəfərin test edildiyi, 98 min 715 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 80 min 402 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR