Türkiyədə elektrik enerjisinin təchizatında məhdudiyyət sabah aradan qaldırılacaq

 Türkiyədə elektrik enerjisinin təchizatında məhdudiyyət sabah aradan qaldırılacaq
# 28 yanvar 2022 21:05 (UTC +04:00)

Sənaye obyektlərinə tətbiq olunan elektrik enerjisi təchizatında məhdudiyyət yanvarın 29-dan etibarən aradan qaldırılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi yayıb.

Qeyd olunub ki, bununla birlikdə yanvarın 31-dən təbii qazın verilməsinə olan məhdudiyyət də 40%-dən 20%-ə endiriləcək.

Xatırladaq ki, yanvarın 20-dən etibarən İranın texniki problemlər səbəbindən Türkiyəyə qaz nəqlini dayandırması, ölkənin sənaye sektorunda ciddi problemlər yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR