Türkiyədə girov götürülən bank meneceri azad edilib - YENİLƏNİB

Türkiyədə girov götürülən bank meneceri azad edilib - YENİLƏNİB
# 12 avqust 2022 18:38 (UTC +04:00)

Polis Antalyanın Kəpəz rayonunda girov götürülən bank menecerini azad edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barə “NTV” kanalı məlumat yayıb.

Qeys olunub, ki iki saat sürən danışıqlardan sonra naməlum silahlı şəxs onu buraxmağa razı olub.

Bank menecerini girov götürən şəxs saxlanılaraq polis bölməsinə aparılıb.

***

17:01

Türkiyənin Antalya şəhərinin Kəpəz rayonunda bir bank filialının meneceri naməlum silahlı şəxs tərəfindən girov götürülüb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

Bildirilib ki, onun azad edilməsi üçün xüsusi əməliyyata başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR