Türkiyədə hərbçilərin olduğu avtobus qəzaya düşüb, 3 nəfər ölüb

Türkiyədə hərbçilərin olduğu avtobus qəzaya düşüb, 3 nəfər ölüb
# 17 yanvar 2023 09:46 (UTC +04:00)

Türkiyədə hərbçi və qaçqınları daşıyan avtobus qəzaya düşüb.

APA-nın haberler.com-a istinadən xəbərinə görə, Qaziantepdən Ədirnəyə hərəkət edən avtobus Tarsus-Pozantı şosesində yük avtomobili ilə toqquşub.

Nəticədə 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Qəzadan sonra avtobus yanmağa başlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın qısa zamanda söndürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR