Türkiyədə hərbi xidmətin müddəti endirilib

Türkiyədə hərbi xidmətin müddəti endirilib
# 25 iyun 2019 18:42 (UTC +04:00)

Türkiyədə "Hərbi xidmət haqqında" qanuna 92 ildən sonra dəyişikliklər edilib.

APA-nın yerli bürosunun məlumatına görə, dəyişikliklər Türkiyə Böyük Millət Məclisində qəbul olunub.

Türkiyədə 1927-ci ildə qəbul edilən "Hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklər arasında ödənişli hərbi xidmətin müddətli olması, əsgərlik müddətinin 6 aya endirilməsi, eyni zamanda 130 min əsgərin erkən tərxis olunması da yer alıb.

Bu gün TBMM-də qəbul edilən qanun layihəsi təsdiq olunmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR