Türkiyədə koronavirusa yoluxma sayı bir ayda 8 dəfə artıb 

Türkiyədə koronavirusa yoluxma sayı bir ayda 8 dəfə artıb 
# 06 iyul 2022 13:59 (UTC +04:00)

Türkiyədə 27 iyun-3 iyul tarixlərində 57 113 nəfərin COVID-19 testinin cavabı müsbət çıxıb, 25 nəfər vəfat edib, sağalanların sayı isə 30 478 nəfər olub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu, bir ay əvvəl qeydə alınan yoluxma sayı ilə müqayisədə 8 dəfə çoxdur. Belə ki, 30 may-5 iyun tarixlərində cəmi 7 322 nəfərin testi müsbət çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR