Türkiyədə mədən qəzasında ölənlərin sayı 42-yə çatıb

Türkiyədə mədən qəzasında ölənlərin sayı 42-yə çatıb
# 04 noyabr 2022 16:55 (UTC +04:00)

Türkiyənin Bartin əyalətinin Amasra rayonunda baş verən mədən qəzasında yaralanan və İstanbulda xəstəxanada müalicəsi davam edən mədənçilərdən biri həyatını itirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, xəstənin müalicəsi 3 həftədir davam edirdi, lakin onun həyatını qurtarmaq mümkün olmadı. Bununla da, Batman əyalətində qəzada həlak olan mədənçilərin sayı 42-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR