Türkiyədə meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb - YENİLƏNİB

Türkiyədə meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb - YENİLƏNİB
# 29 iyul 2022 18:41 (UTC +04:00)

Türkiyənin Marmaris şəhərində yaşayış məntəqələri və hotellərə yaxın meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə yerli qurumlardan məlumat verilib.

***

17.44

Türkiyənin Muğla əyalətinin Marmaris şəhəri ərazisində meşə yanğını baş verib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, İçmeler bölgəsinin meşəlik sahəsində başlayan yanğın yaxınlıqda yerləşən hotelin ərazisinə keçib. Otelin içində insanların olduğu bildirilir.

Yanğını söndürmək üçün Muğla Meşə Region Müdirliyinin qrupları, 5 təyyarə və 7 helikopterlə müdaxilə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR