Türkiyədə MİDLAS şaquli buraxılış sistemi uğurla sınaqdan çıxarılıb - VİDEO

Türkiyədə MİDLAS şaquli buraxılış sistemi uğurla sınaqdan çıxarılıb  - VİDEO
# 03 dekabr 2022 21:19 (UTC +04:00)

Türkiyədə milli MİDLAS şaquli buraxılış sistemi uğurla sınaqdan çıxarılıb. Buraxılış HİSAR zenit-raket kompleksi vasitəsi ilə həyata keçirilib.

APA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyasının müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Dəmir məlumat verib.

Dəmir qeyd edib ki, türk mütəxəssislər gəmidən atəş aça bilən HHM sisteminin əsasını qoyublar: “2023-cü ildə MİDLAS “İstanbul” freqatına inteqrasiya edilərək donanmanın arsenalına qəbul olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR