Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 21 nəfər yaralanıb

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 21 nəfər yaralanıb
# 03 oktyabr 2022 11:00 (UTC +04:00)

Türkiyənin Ərzincan vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində 21 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə CNN Turk məlumat yayıb.

Qəza Ərzincan-Sivas yolunda, Qızıldağ yaşayış məntəqəsində yerli vaxtla saat 04:30-da baş verib.

Bursadan Tunceli şəhərinin Ovacık rayonuna gedən mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza baş verib.

Xəsarət alanlara yerindəcə ilkin tibbi yardım göstərilib və müalicə almaq üçün xəstəxanalara yerləşdiriblər.

Qeyd olunub ki, mikroavtobusda olan sərnişinlər Ovacık rayonuna yas mərasiminə gedirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR