Türkiyədə müdafiə təyinatlı məhsul ixracı 94% artıb

Türkiyədə müdafiə təyinatlı məhsul ixracı 94% artıb
# 04 iyun 2022 01:11 (UTC +04:00)

Türkiyənin müdafiə sənayesi müəssisələri mayda 330 464 000 dollarlıq məhsul ixrac edib.

APA savunmasanayist.com-a istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 94% çoxdur. Sektorda yanvarın 1-dən mayın 31-dək olan müddətdə ixrac həcmi 1,6 milyard dolları ötüb. Cari ayın sonunadək ixracın 2 milyard dolları keçəcəyi real hesab edilir.

Ötən il Türkiyə 3 milyard dollarlıq müdafiə təyinatlı məhsul istehsal edib. Builki hədəf 4 milyard dollardır.

Qeyd edək ki, sektorun tanıtımını sürətləndirmək üçün 9 səfirlikdə müdafiə sənayesi üzrə müşavir postu təsis edilib. Siyahıda Türkiyənin Azərbaycandakı səfirliyi də yer alır. Prezident Rəcəb Tayyip Ərdoğanın müvafiq sərəncamı artıq Rəsmi Qəzetdə dərc olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR