Türkiyədə qapalı məkanlarda maska tələbi ləğv edilib

Türkiyədə qapalı məkanlarda maska tələbi ləğv edilib
# 26 aprel 2022 16:41 (UTC +04:00)

Türkiyədə qapalı məkanlarda maska tələbi ləğv edilib.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koronavirus Elm Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, yoluxma halları min nəfərdən aşağı düşənə qədər ictimai nəqliyyat və səhiyyə müəssisələrində maska tələbi qüvvədə qalacaq.

Bundan əlavə, Türkiyə Prezidenti yenidən fövqəladə vəziyyət yaranmayana qədər Elm Şurasının iclaslarının keçirilməyəcəyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR