Türkiyədə “Qarabağ parkı” açılacaq  

Türkiyədə “Qarabağ parkı” açılacaq  
# 27 iyun 2022 23:28 (UTC +04:00)

Türkiyənin Batman şəhərində “Qarabağ parkı” açılacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinə həsr olunmuş parkın açılışı 30 iyunda baş tutacaq.

Mərasim çərçivəsində mügənni Azərinin konsert proqramı nəzərdə tutulub. Bundan əlavə, Azərbaycanın Qarabağ bölgəsinin tarixi və mədəniyyətini əks etdirən 7 pavilyonun açılışı da olacaq.

Ümumi sahəsi 15 397 kvadratmetr olan “Qarabağ parkı” Batman bələdiyyəsi tərəfindən salınıb. Parkda uşaq meydançası, terraslar, tematik və istirahət zonaları yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR