Türkiyədə sürüşmə olub, Gürcüstan yolu bağlanıb, ölən və yaralananlar var - HADİSƏ ANININ VİDEOSU

Türkiyədə sürüşmə olub, Gürcüstan yolu bağlanıb, ölən və yaralananlar var - HADİSƏ ANININ VİDEOSU
# 01 iyul 2022 10:30 (UTC +04:00)

Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.

APA İHA-ya istinadən xəbər verir ki, Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.

Yoldan keçən TIR-lara ciddi ziyan dəyib. Ən azı 1 nəfərin öldüyü, yaralananların olduğu bildirilir.

Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı (Sarp sərhəd-keçib məntəqəsinə gedən yol) ikitərəfli bağlanıb.

Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR