Türkiyədə törədilən partlayışda ölənlərin sayı 7 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə törədilən partlayışda ölənlərin sayı 7 nəfərə çatıb - YENİLƏNİB
# 13 sentyabr 2019 09:44 (UTC +04:00)

Türkiyənin Diyarbəkir vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, terror hadisəsində yaralanan 13 nəfərdən 3 nəfəri xəstəxanada ölüb.

***

12 sentyabr

21.59

Diyarbəkir vilayətinin Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA "RİA Novosti"yə istinadən xəbər verir ki, yaralılar dövlət şəhər xəstəxanasına yerləşdirilib.

Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi xəbər verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR