Türkiyədə universitetdə yanğın olub

Türkiyədə universitetdə yanğın olub
# 20 sentyabr 2022 15:41 (UTC +04:00)

Ərzurumda Atatürk Universitetinin kampusunda yerləşən yeməkxananın damında yanğın baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunub ki, küləyin təsiri ilə böyüyən yanğına müdaxilə etmək üçün hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR