Türkiyədəki zəlzələ ilə əlaqədar TDT və Türksoy başsağlığı verib

Türkiyədəki zəlzələ ilə əlaqədar TDT və Türksoy başsağlığı verib
# 06 fevral 2023 10:01 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar TDT və Türksoy başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı (TDT) sədri Kuban Omuraliyev və Türksoy Baş katibi Sultan Rayev “Twittet”də yazıb.

Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verərək yaralılara tez bir zamanda sağlamlıq arzuladıqları qeyd olunub.

Həmçinin əlavə olunub ki, TDT və Türksoy təşkilatları bu ağır məqamda Türkiyə dövlətinin yanındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR