Türkiyəli nazir: Dağılan binaların tikintisində səhlənkarlığa yol verənlər həbs ediləcəklər

Türkiyəli nazir: Dağılan binaların tikintisində səhlənkarlığa yol verənlər həbs ediləcəklər
# 08 fevral 2023 14:38 (UTC +04:00)

“Dağılan binalarda səhlənkarlığı olanlar hesab verəcəklər”.

APA xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib:

“Dağılan binalarda səhlənkarlığı olanlar hesab verəcəklər. Heç kimə güzəştə gedilməyəcək”, o bildirib.

Nazir bildirib ki, Diyarbəkir prokuroru Mustafa Çelenk artıq bununla bağlı araşdırmalara başlayıb:

“Amma hazırda prioritetimiz xilasetmə işləri, dağıntılar altından insanlarımızı xilas etməkdir. Bundan sonra məhkəmə prosesi olacaq. Əgər kiminsə səhlənkarlığı, günahı varsa, hamısı həbs ediləcək. Heç kim etdiklərinə görə, məsuliyyətdən yayına bilməyəcək. Buna əmin olun", o deyib.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR