Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoymasının yeganə səbəbi var

Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoymasının yeganə səbəbi var
# 08 iyun 2022 13:29 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbini açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Türkiyə XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbi bu ölkələrin terror problemi ilə bağlı mövqeyidir.

“Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbi terror problemi ilə bağlı mövqeyidir, başqa səbəb yoxdur”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR