Türkiyənin təbii qaz nəqlində mərkəzə çevrilməsi qiymətin tənzimlənməsinə yardım edəcək

Türkiyənin təbii qaz nəqlində mərkəzə çevrilməsi qiymətin tənzimlənməsinə yardım edəcək
# 12 noyabr 2022 16:33 (UTC +04:00)

Türkiyə yeni təbii qaz kəmərləri və mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində əməkdaşlığa hazırdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, bu məqsədlə Türkiyə Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə danışıqlar aparır. Onun sözlərinə görə, Türkiyənin təbii qaz nəqlində mərkəzə çevrilməsi onun qiymətinin tənzimlənməsinə yardım edəcək.

Ərdoğan, həmçinin xatırladıb ki, Türkiyə gələn ilin əvvəlində öz təbii qazının hasilatına başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR