Ukrayna 17,4 milyard dollarlıq bərpa planını təqdim edib

Ukrayna 17,4 milyard dollarlıq bərpa planını təqdim edib
# 05 iyul 2022 16:08 (UTC +04:00)

Ukrayna Prezidentinin ofisi ölkənin sosial infrastrukturunun qısa zamanda bərpası üçün “Fast Recovery” adlı bərpa planı hazırlayıb.

APA epravda.com-a istinadən xəbər verir ki, bu barədə Prezident Zelenskinin ofis rəhbərinin müavini Kiril Timoşenko məlumat verib.

O, hazırlanan planın tətbiqi üçün 17,4 milyard dolların tələb olunduğunu əlavə edib:

“Söhbət fəaliyyətinə ən zəruri infrastruktur obyektlərinin bərpasından gedir”.

İsveçrənin Luqano şəhərində Ukrayna ilə bağlı keçirilən beynəlxalq konfransda açıqlanan planda yaşayış infrastrukturu ilə yanaşı, 400 məktəb, 300 bağça, 300 xəstəxana və bir sıra kommunal obyektlərin bərpası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR