Ukrayna 2008-ci ildə Gürcüstana verdiyi “Buk” komplekslərini geri istəyir

Ukrayna 2008-ci ildə Gürcüstana verdiyi “Buk” komplekslərini geri istəyir
# 09 yanvar 2023 14:21 (UTC +04:00)

Kiyev Tbilisidən 2008-ci il müharibəsi zamanı Ukraynanın Gürcüstana verdiyi “Buk” raket komplekslərini geri qaytarmasını xahiş edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun Ukrayna mətbuatında dərc edilmiş məqaləsində bildirilib.

“Ukrayna tərəfi bütün beynəlxalq tərəfdaşlara, o cümlədən Gürcüstana silah, hərbi texnika və döyüş sursatının verilməsi ilə bağlı müraciətlərində ardıcıldır və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının lap əvvəlində silaha həyati ehtiyac duyduğunu açıq şəkildə bəyan edib”, - deyə məqalədə qeyd olunub.

Kasyanov vurğulayıb ki, Ukraynanın müraciətinə ABŞ-ın Gürcüstana təhvil verdiyi “Javelin” tank əleyhinə sistemləri də daxil olub.

Diplomat Gürcüstanın Rusiya ilə müharibəyə cəlb edilməsi cəhdi ilə bağlı hər hansı ittihamı rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR