Ukrayna AEBA-nın Zaporojye AES-ə planlaşdırılan missiyasını tənqid edib

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 07 iyun 2022 14:07 (UTC +04:00)

Ukraynanın “Energoatom” dövlət nüvə şirkəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ölkənin cənubunda yerləşən, Rusiyanın ələ keçirdiyi nüvə stansiyasına nümayəndə heyəti göndərmək planını tənqid edib.

APA xəbər verir ki, bu barədə "“Energoatom” "Telegram" hesabında bildirib.

"Biz AEBA rəhbərinin bu mesajını istənilən yolla (elektrik stansiyasına) daxil olmaq üçün işğalçıların orada mövcudluğunu qanuniləşdirmək və onların bütün hərəkətlərini mahiyyət etibarı ilə gözardı etmək cəhdi kimi qiymətləndiririk”, - məlumatda deyilib.

Bildirilib ki, Ukrayna tərəfi belə bir səfərin həyata keçirilməsi üçün dəvət almayıb.

Xatırladaq ki, iyunun 6-da AEBA-nın direktoru Rafael Qrossi bildirib ki, təşkilat Rusiyanın nəzarətində olan Avropanın ən böyük Atom Elektrik Stansiyasına (Zaporojye AES) beynəlxalq ekspertlər missiyasının göndərilməsi üzərində işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR