Ukrayna Ali Radası daha bir neçə deputatın mandatını ləğv edəcək

Ukrayna Ali Radası daha bir neçə deputatın mandatını ləğv edəcək
# 11 yanvar 2023 11:45 (UTC +04:00)

Ukrayna Ali Radası ölkədə fəaliyyəti qadağan olunmuş partiyalardan daha 4 deputatın mandatını ləğv edəcək.

APA xəbər verir ki, bu barədə Ali Radada “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya "Telegram" hesabında bildirib.

Onun sözlərinə görə, bu deputatların mandatlarının ləğvi konstitusion yolla baş verəcək və onlar məhkəməyə müraciət edə bilməyəcək.

“Biz hər kəsi xatırlayırıq və heç kəsi bağışlamayacağıq. Bu proses mütləq davam edəcək. Amma hər şey qanuna və Ukrayna Konstitusiyasına uyğun olaraq”, - Araxamiya deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR