Ukrayna Ali Radası: Slovakiyanın göndərdiyi MiQ-29-lar Xarkov səmasını qoruyur

MİQ-29

© APA | MİQ-29

# 29 mart 2023 15:02 (UTC +04:00)

Slovakiyanın göndərdiyi MiQ-29 qırıcıları Xarkov səmasını qoruyur.

APA xəbər verir ki, bunu Ukrayna Ali Radasının (parlament) spikerinin müavini Yelena Kondratyuk Slovakiya parlamentindəki çıxışı zamanı deyib.

Spikerin müavini qeyd edib ki, Ukraynaya hərbi yardım çərçivəsində Slovakiyadan göndərilən MiQ-29 qırıcı təyyarələri artıq Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilir: “Kiyevə təhvil verilən dörd ədəd MiQ-29 qırıcısı artıq Xarkov səmasını qoruyur”.

Kondratyuk həmçinin Ukrayna xalqına və dövlətinə göstərilən yardıma görə Slovakiya rəhbərliyinə təşəkkür edib.

Xatırladaq ki, Slovakiya hökumətinin söz verdiyi 13 döyüş təyyarəsindən dördü ötən həftə Ukraynaya təhvil verilib. Slovakiyanın müdafiə naziri Yaroslav Nad vəd edib ki, qalan təyyarələr çox yaxın vaxtlarda Ukraynaya çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR