Ukrayna arsenalına 20 qırıcı təyyarə daxil edib

Ukrayna arsenalına 20 qırıcı təyyarə daxil edib
# 21 aprel 2022 10:18 (UTC +04:00)

Ukrayna Hərbi Hava Qüvvələri arsenalına 20 əlavə qırıcı təyyarə daxil edib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbər rəsmisi bildirib.

O, bunun Ukraynaya ehtiyat hissələrinin axını nəticəsində mümkün olduğunu qeyd edib.

Mənbə ehtiyat hissələrinin hansı ölkə tərəfindən tədarük edildiyini açıqlamayıb. Lakin o vurğulayıb ki, ABŞ və digər ölkələr Ukraynanın “havada qala bilməsi üçün” ehtiyac duyduğu ehtiyat hissələri əldə edə bilməsi üçün çalışıb.

Qeyd olunub ki, ehtiyat hissələrin təmin edilməsi Ukraynaya hərbi aviasiya vasitələrinin sayını genişləndirməyə imkan verib.

“Onların indi üç həftə öncəkindən daha çox aviasiya vasitələri var”, - rəsmi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR