Ukrayna “Azov” batalyonunun əsirlərinin olduğu həbsxananı vurub, 53 nəfər ölüb - YENİLƏNİB

Ukrayna “Azov” batalyonunun əsirlərinin olduğu həbsxananı vurub, 53 nəfər ölüb - YENİLƏNİB
# 29 iyul 2022 13:39 (UTC +04:00)

Ukraynanın HİMARS raketləri ilə separatçıların nəzarətində olan ukraynalı hərbi əsirlərin saxlanıldığı həbsxananı vurması nəticəsində ölənlərin sayı artıb.

APA "Guardian" a istinadən xəbər verir ki, bu barədə qondarma “DXR”in müdafiə qərargahının "Telegram" hesabında məlumat verilib.

Bildirilib ki, Yelenovka həbsxanasında ölənlərin sayı 53-ə çatıb.

***

13:00

Ukraynanın HİMARS raketləri ilə separatçıların nəzarətində olan həbsxananı vurması nəticəsində 40 ukraynalı hərbi əsir həlak olub.

APA xəbər verir ki, bu barədə qondarma "DXR"in sözçüsü Daniil Bezsonov deyib.

"Hərbi əsirlərin saxlanıldığı kazarmaya zərbə endirilib. Hazırda 40 ölü, 75 yaralı var, dağıntılar təmizlənir, ölü sayı arta bilər", - o bildirib.

RİA “Novosti” vurulan obyektin Mariupolun mühasirəsindən sonra “Azov” batalyonunun əsirlərinin aparıldığı Yelenovka kəndindəki 120 saylı cəzaçəkmə koloniyası olduğunu bildirib.

Kiyev bu iddia ilə bağlı hələ ki şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR