Ukrayna Baş Prokurorluğu: Rusiyanın kütləvi atəşi nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Ukrayna Baş Prokurorluğu: Rusiyanın kütləvi atəşi nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb
# 22 mart 2023 03:00 (UTC +04:00)

Martın 21-də rus qoşunları Donetsk regionunu növbəti dəfə atəşə tutub. Yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.

“2023-cü il martın 21-də Rusiya ordusu növbəti dəfə lüləli artilleriya və “Tornado” yaylım atəşli reaktiv sistemləri ilə hücumlar həyata keçirib”, - məlumatda deyilir.

Qeyd olunur ki, atəş nəticəsində evlərə və yardımçı tikililərə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR