Ukrayna Baş Qərargahı Rusiyanın müdafiə mövqeyinə keçdiyini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın müdafiə mövqeyinə keçdiyini açıqlayıb
# 11 may 2022 17:41 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Ukraynanın böyük şəhərlərinin ildırımsürətli ələ keçirilməsi planlarının qarşısını alıb və düşməni diqqətini bir istiqamətə yönəltməyə məcbur edib.

APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəis müavini Aleksey Qromov deyib.

“Görülən tədbirlər və Ukrayna xalqının qəhrəmanlığı sayəsində biz düşmənin Kiyevin ildırım sürəti ilə mühasirəyə alınması, Nikolayevin, Odessanın, Çerniqovun, Sumının ələ keçirilməsi planlarının qarşısını aldıq, onu aqressiv planlarından əl çəkməyə və diqqətini bir istiqamətə yönəltməyə məcbur etdik”, - Aleksey Qromov bildirib.

Qeyd olunub ki, bu gün Ukraynada ən gərgin döyüşlər Liman istiqamətində gedir. Əlavə olunub ki, Xarkov, həmçinin İzyum istiqamətində Rusiya qüvvələri müdafiə mövqeyinə keçiblər və Ukrayna bölmələrinin qarşısını almağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR