Ukrayna borşu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Ukrayna borşu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib
# 01 iyul 2022 15:53 (UTC +04:00)

Ukrayna borşu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

APA xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət və informasiya naziri Oleksandr Tıkaçenko "Telegram"da bildirib.

"Bu gün, iyulun 1-də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 5-ci növbədənkənar iclasında “Ukrayna borşunun hazırlanması mədəniyyəti” elementi UNESCO-nun təcili mühafizəyə ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına əlavə edilib.

Borş üçün mübarizə hələ müharibədən əvvəl başlamışdı. Həm də Mariya Zaxarova nə qədər “aşpazlıq kitabları qadağan edilib, yeməyin resepti gizli saxlanılıb və bişirilməsi qadağan edilib” desə də, “ekstremizmin və nasizmin təzahürü” olan borşumuz indi rəsmi olaraq Ukraynanındır və UNESCO-nun himayəsi altındadır.

Amma biz borşu və onun reseptlərini bütün sivil ölkələrlə bölüşməkdən məmnun olacağıq. Unutmayın və əmin olun ki, borş üçün müharibədə olduğu kimi, bu müharibədə də qalib gələcəyik”, - ukraynalı nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR