Ukrayna BQ: Rusiya son sutkada daha 300 hərbçisini itirib

Ukrayna BQ: Rusiya son sutkada daha 300 hərbçisini itirib
# 21 iyun 2022 12:15 (UTC +04:00)

Rusiya son sutkada Ukraynada daha 300 hərbçisini itirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının "Facebook" səhifəsindəki paylaşımında bildirilib. Bununla da fevralın 24-dən bu gün səhər saatlarınadək Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı 34 100-ə çatıb.

Əlavə olunub ki, ötən dövr ərzində Rusiya Ordusunun 1496 tankı, 3606 zirehli döyüş maşını, 752 artilleriya sistemi, 239 reaktiv yaylım atəşi sistemi, 98 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 181 helikopteri, 2537 avtomobil texnikası və yanacaq çəni, 14 gəmi/kateri, 611 dronu, 59 xüsusi avadanlığı, 137 qanadlı raketi məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR