Ukrayna bu gündən Rusiya vətəndaşlarına viza rejimi tətbiq edib

Ukrayna bu gündən Rusiya vətəndaşlarına viza rejimi tətbiq edib
# 01 iyul 2022 11:14 (UTC +04:00)

Ukrayna iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edib.

APA xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin Rusiya ilə viza rejiminin tətbiqinə dair bu il iyunun 17-də qəbul etdiyi qərar bu gündən qüvvəyə minib.

Qeyd edək ki, may ayının sonlarında Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə viza rejiminin tətbiqinə dair vətəndaşların təşəbbüsünü dəstəkləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR