Ukrayna bu il NATO və Aİ-yə üzvlük üçün dəvət gözləyir

Ukrayna bu il NATO və Aİ-yə üzvlük üçün dəvət gözləyir
# 01 iyun 2023 16:36 (UTC +04:00)

Ukrayna bu il NATO və Aİ-yə üzvlük üçün dəvət gözləyir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Moldovada Avropa Siyasi İcmasının Sammitində çıxışında deyib.

Vladimir Zelenski bildirib ki, bu il Kiyevin NATO və Aİ-yə qoşulmaq üçün dəvətə, eləcə də Şimali Atlantika Alyansına inteqrasiya yolunda təhlükəsizlik zəmanətinə ehtiyacı var. "Yayda Vilnüsdə keçiriləcək NATO sammitində Ukraynaya üzvlük üçün açıq dəvətə ehtiyacımız var, NATO-ya üzvlük yolunda təhlükəsizlik təminatlarına ehtiyacımız var. Payızda Aİ-yə daxil olmağımızla bağlı bizə aydın və müsbət qərar lazımdır. Ukraynalılar Aİ və NATO-ya daxil olmaq istiqamətində aydın müsbət reaksiya qeydə almırlar və bizim ümidlərimiz getdikcə azalır. Təəssüf ki, burada mən məyusluğumu ifadə etməliyəm", - Zelenski bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR