Ukrayna daha 30 hərbçinin meyitini təhvil alıb

Ukrayna daha 30 hərbçinin meyitini təhvil alıb
# 12 iyul 2022 21:30 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsində ölən daha 30 hərbçi Ukrayna tərəfinə verilib.

APA xəbər verir ki, bu barədə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko məlumat verib.

Bildirilir ki, 30 ukraynalı əsgərin meyiti dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Qeyd olunur ki, meyitlərin qaytarılması Zaporojye vilayətində baş tutub.

Prosessdə komissar, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və digər hüquq-mühafizə orqanlarının əməkdaşlırı iştirak edib.
Meyitlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR