Ukrayna DİN: Hazırda Kiyevə hücum ehtimalı yoxdur

Ukrayna DİN: Hazırda Kiyevə hücum ehtimalı yoxdur
# 12 may 2022 12:06 (UTC +04:00)

Hazırda Kiyevə Rusiyadan, yaxud Belarusdan hücum ehtimalı yoxdur.

APA Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Vadim Denisenko bildirib.

Onun sözlərinə görə, Belarusda məhdud sayda rusiyalı hərbçi qalıb və onların Kiyevə hücum potensialı yoxdur.

“Kiyevə hücum ehtimalı ölkənin şərqində baş verənlərdən asılı olacaq. Hər şey Donbasdakı böyük döyüşdən sonra bilinəcək”, - Vadim Denisenko əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR