Ukrayna Dünya Bankından 1,5 milyard dollar alacaq

Ukrayna Dünya Bankından 1,5 milyard dollar alacaq
# 07 may 2022 21:47 (UTC +04:00)

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayıracaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi öz “Facebook” səhifəsində məlumat verib.

Bu vəsait dövlət işçilərinin maaşlarının verilməsinə xərclənəcək.

“Ukrayna “Davamlı dövlət idarəçiliyinə dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində dövlət sektoru işçilərinin maaşını ödəmək üçün Dünya Bankından 1,5 milyard dollar alacaq”, - deyə nazir bildirib.

Vəsait dövlət orqanlarında və təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının ödənilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR