Ukrayna Fransadan daha bir reaktiv yaylım atəş sistemi alıb

Lance Roquette Unitaire (LRU)

© APA | Lance Roquette Unitaire (LRU)

# 29 noyabr 2022 17:19 (UTC +04:00)

Ukrayna Fransadan daha bir Lance Roquette Unitaire (LRU) uzaq mənzilli reaktiv yaylım atəş sistemi alıb.

APA xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Twitter”də yazıb.

“Ukrayna ordusunun “uzun əl” (uzaq mənzilli raket atışı sistemləri) ailəsinin 4-cü üzvü bu gün Fransadan ölkəmizə gəldi. Ukrayna ordusu indi düşmənin qarşısını almaq və məhv etmək üçün daha güclüdür. Bu, ölkələrimizin liderləri arasında dostluğun gözlənilən nəticəsidir. Fransa müdafiə naziri Sebastiyen Lekornuya, hökumətinə və xalqına təşəkkür edirəm”, – Reznikov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR