Ukrayna gələn il müdafiə və təhlükəsizlik xərclərinə 27 milyard dollardan çox pul ayıracaq

Ukrayna gələn il müdafiə və təhlükəsizlik xərclərinə 27 milyard dollardan çox pul ayıracaq
# 08 sentyabr 2022 02:36 (UTC +04:00)

2023-cü ildə Ukrayna hakimiyyəti müdafiə və təhlükəsizlik ehtiyacları üçün 1 trilyon qrivnadan (27 milyard dollardan çox) çox vəsait ayırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Gələn il bir trilyon qrivnadan çox vəsait təhlükəsizlik və müdafiə sektoruna yönəldiləcək. Bu, bir nömrəli prioritet olacaq”, - deyə o, videomüraciətində hökumət başçısı, maliyyə naziri ilə görüşünün nəticələrindən danışarkən bildirib.

“The Wall Street Journal” yazır ki, Ukraynanın hərbi xərclərə görə büdcə kəsiri ayda təxminən 5 milyard dollar təşkil edir, bu səbəbdən ölkə sosial öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşir.

Xüsusilə, münaqişə ilə bağlı xərclər büdcənin təxminən 60%-ni, vergi gəlirləri isə dövlət xərclərinin yalnız 40%-ni əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR